Erotik səhnələri bol olan film uğur qazana bilmədi - video

Erotik səhnələri bol olan film uğur qazana bilmədi - video
19095 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bozun 50 çaları" filminin davamı olan "50 çalar daha tünd" kassada uğursuzluqla üzləşib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təkcə 14 fevralda ən çox izlənən film olan erotik dram digər günlərdə eyni uğuru təkrarlaya bilməyib.

Rekord qırması gözlənilən ekran işi ən çox izlənənlər sırasına daxil ola bilməyib. Tamaşaçıların da tənqid etdiyi film "IMDB" beynəlxalq film qiymətləndirmə cədvəlində də aşağı düşüb. Birinci hissəyə nisbətən daha açıq-saçıq səhnələri olan "50 çalar daha tünd" ilkinin göstəricilərini də keçə bilməyib.