8 aylıq uşaq anasının həyatını xilas etdi - fotolar

8 aylıq uşaq anasının həyatını xilas etdi - fotolar
8877 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərədə 8 aylıq uşaq 26 yaşlı anası Sara Boylun həyatını xilas edib.

Axşam.az-ın "Mirror"a istinadən məlumatına görə, 2013-cü ildə döşündə xoşxassəli şiş olan Sara oğluna ötən ilin yayına qədər ana südü verməkdə heç bir probleminin olmadığını deyib. Ancaq bir müddət sonra Teddinin davranışları dəyişib və o, anasını itələməyə başlayıb:

"Çox narahat idi, hətta mənə vururdu. 8 aylıq bir uşağın anasınlı rədd etməsi çox ürəyimə dəyirdi".

Daha sonra o, südünün dadının dəyişdiyini düşünüb. Bir müddət sonra o, döşündəki şişin ağrımağa başladığını hiss edib. Dərhal həkimə gedən Saraya xərçəng diaqnozu qoyulub.

Hazırda kimyaterapeya alan Sara ilk diaqnozu oğlunun hiss etdiyini bildirib.