"Yaxşı müğənninin əlavə biznesi olmaz" - Cavanşir Məmmədov

"Yaxşı müğənninin əlavə biznesi olmaz" -  Cavanşir Məmmədov
1938 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Cavanşir Məmmədov maşın biznesi ilə məşğul olması haqda yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni “10-dan sonra” verilişinə açıqlamasında bildirib ki, yaxşı ifaçının əlavə biznesi olmaz:

“Heç yerdən əlavə gəlirim yoxdur. Yalandan deyirlər maşın biznesim var. Heç bir əlavə biznesim yoxdur. Biznes bilən isnan da deyiləm. Yaxşı sənətkarlar sənətinə güvənir, kənarda biznes etmir. Mən sənət biznesindəyəm, şouda yox. Müğənni var ki hörmətli məşhurdur. Müğənni də var ki, hörmətsiz populyardır. Məşhur olsa da, onun xalq arasında hörməti yoxdur".