Təranəni görən Mədinə studiyadan getdi - verilişdə qalmaqal

Təranəni görən Mədinə studiyadan getdi -  verilişdə qalmaqal
16628 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədova ilə Mədinə Məlik arasındakı qalmaqal daha da böyüyüb.

Axşam.az-ın məlumatına görə, “Show time” verilişinə qatılan M.Məlik gözləmədiyi hadisə ilə üzləşib. Aparıcı Yalçın Uğur prodüserə T.Səmədovanın studiyaya gələcəyini deyib.

Buna etirazını bildirən Mədinə onunla qarşılaşmaq istəmədiyini söyləyib:

“O, gələr, mən gedərəm. Bu işlərdən keçmişəm. Mən uşaq deyiləm. Bilirəm Təranə harada yaşayır. O da mənim evimi gözəl tanıyır. Tamaşaçılara görə onunla burada ağız-ağıza verən deyiləm. Mən onunla oturmayacam. O reytinqi bir dəfə verdim, bəsdir”.

T.Səmədovanı görən M.Məlik studiyanı tərk edib.

Təranə “Əli Mirəliyevin variantını edir, efirdən gedir. Şou yaradır, ona fikir verməyin. Problem yoxdursa, niyə üz-üzə danışmaq istəmir? Mənim üçün "futbol topu" deyən, əlbəttə, danışmaq istəməz. Mənə çox sağ ol desin, onu gündəmə gətirmişəm” deyib.