Bollivud Tuba Büyüküstünü istəyir?

Bollivud Tuba Büyüküstünü istəyir?
3991 dəfə oxunub
  • A-
  • A
  • A+

67-ci Berlin Film Festivalında hindistanlı film istehsalçıları Tuba Büyüküstünlə maraqlanıblar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onlar aktrisanın həyat yoldaşı Onur Saylakla birgə çəkildiyi "Rüzgarın hatıraları" filminin nümayiş hüququnu alıblar.

Festivala qatılan aktyor Hakan Türkşen və həyat yoldaşı Nur Türkşen Bollivud istehsalçılarının Tuba Büyüstünlə maraqlandığını deyiblər:

"Festivalın son günündə film stendimizə Bollivuddan istehsalçılar gəldi. Tuba Büyüküstünlə filmimiz olub olmadığını soruşdular. Biz də həyat yoldaşı Onur Saylakla "Rüzgarın hatıraları" filminin olduğunu bildirdik. Çox sevindilər və bu filmlə birgə 20 türk filmini aldılar".