"Təcavüz olunduğum otaqda 6 kişi var idi"

"Təcavüz olunduğum otaqda 6 kişi var idi"
18387 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Şenay Akay aparıcılıq etdiyi proqramın istehsalçılarına açdığı təcavüz davasından danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən günlərdə məhkəmə modeli dinləyib. O, başına gələnləri belə ifadə edib:

"A.S. onu vurduğumu iddia edir, amma bu, mümkün deyil. Mən təcavüzə məruz qaldım. Prodakşnın pul üstündə mübahisə etdiyim işçilərindən T.S. məni bir otağa salıb qapını bağladı. Qardaşı isə dodağımdan öpməyə çalışdı və sonra da döydü. Məni təhqir etdilər. Otaqda 6 kişi vardı. Orada birini döyə biləcəyim mümkün deyildi. Psixologiyam pozulub".

Qeyd edək ki, Şener bir TV kanalında aparıcılıq etdiyi verilişdən pulunu ala bilmədiyi üçün kanalı məhkəməyə vermiş və işçilər tərəfindən təcavüz edilərək döyüldüyünü iddia etmişdi. Bunun ardınca isə kanalın işçiləri əksinə modelin onları vurduğunu iddia edərək onun barəsində iş açılmasını tələb etmişdilər.