"Məni aldadıb uşaqlarımı əlimdən aldı" - müğənniyə şok

"Məni aldadıb uşaqlarımı əlimdən aldı" - müğənniyə şok
1912 dəfə oxunub
  • A-
  • A
  • A+

Ulduz müğənni Madonnanın övladlığa götürdüyü afrikalı əkizlərin atası Adam Mveyl aldadıldığını iddia edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o bildirib ki, əvvəl uşaqlarının müvəqqəti olaraq Madonnanın yanında qalacağı deyilsə də, sonradan bu prosesin ömürlük olduğunu öyrənib. O, "Mirror" qəzetinə müsahibəsi zamanı aldadıldığını bildirib:

"Mənə əvvəlcə Ester və Stellanın varlı bir qadına verildiyi, həmin qadının uşaqlara yaxşı təhsil verdikdən sonra yanıma göndərəcəyi və həmin qadının ailəmə də yardım edəcəyi deyilmişdi. İndi mənə övladlığa götürülmənin ömürlük olduğunu deyirlər. Bu, doğru ola bilməz. Həqiqət olmasını istəmirəm. Mən onların atasıyam və daim ataları olaraq da qalacağam. Madonna məni aldadıb, uşaqlarımı əlimdən aldı".

Həyat yoldaşı Patrisiyanın ölümündən sonra yenidən evlənən Mveyl imkansızlıqdan uşaq evinə qoyduğu əkizlərini tez-tez görməyə getdiyini və onların təhsili üçün əlindən gələni etdiyini söyləyib.