"Boşansam, bunu gizlətmərəm" - Aynur Dadaşova

"Boşansam, bunu gizlətmərəm" -  Aynur Dadaşova
6692 dəfə oxunub
  • A-
  • A
  • A+

“Artıq məni efirlərdə tez-tez görəcəksiniz. Tamaşaçılar elə bilirdi ki, daha efirə qayıtmayacağam. Yeni mahnılar üzərində çalışıram. Bu dəfə fasilə olmayacaq. Davamlı səhnələrdə olacağam. Sevənlərim çoxdur. Sevilən bir ifaçı üçün də yenidən sənətə qayıtmaq çətin deyil”.

Bu sözləri müğənni Aynur Dadaşova Axşam.az-a açıqlamasında deyib.

"Lider" telekanalının bayram konsertinə qatılan ifaçı "Xəbər yayıldı ki, həyat yoldaşınızdan ayrılmısınız, ona görə də sənətə qayıtdınız" sözlərinə belə cavab verib:

“Verilişlərə qonaq gedəndə deyirəm ki, bu barədə sual verməsinlər. İstəyirəm ki, sənətimlə gündəmdə olum. Belə bir şey varsa, deyərdim, amma yoxdur. Bu barədə danışmaq da istəmirəm. Övladlarımın qayğısına qalmaq üçün sənətdən uzaqlaşmışdım. Artıq 16 il oldu. Efir üçün darıxırdım. Yeni klip üzərində işləyirik”.

Sənətçi şou-biznesdəki yeniliklərdən də söz açıb:

“Əvvəllər tamaşaçılar yalnız televiziya vasitəsilə yeni işlərimiz barəsində məlumat əldə edə bilirdilərsə, indi mətbuat orqanlarının sayı artıb. Hər yerdən bu haqda informasiya ala bilirlər. Sevindirici haldır ki, hər şey yaxşılığa doğru dəyişib”.

Foto: Ramin ASLANOV