Bakıda Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək - sərəncam

Bakıda Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək - sərəncam
107 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə Bakı şəhərində IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Axşam.az-ın məlumatına görə, sərəncama əsasən Tədbirlər Planının icrasına nəzarət Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinə və Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub.

Qeyd edək ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 5-6-da keçiriləcək.