Xocalı soyqırımına həsr edilən klipin təqdimatı olub - video+fotolar

Xocalı soyqırımına həsr edilən klipin təqdimatı olub -  video+fotolar
1793 dəfə oxunub
  • A-
  • A
  • A+
Xocalı Soyqırımının 25-ci ildönümü münasibətilə yeni klip lentə alınıb.

Axşam.az-ın məlumatına görə, “Xocalı” adlanan mahnının sözləri Zəlimxan Yaquba, musiqisi Aytən Oqtayqızına aiddir. Mahnını müğənni Bahar Lətifqızı səsləndirib. Ekran işinin rejissoru isə Nazim Şərbətovdur.

Klipin Zirə Mədəniyyət Mərkəzində baş tutan təqdimat mərasiminə millət vəkilləri, ictimai xadimlər qatılıblar.

B.Lətifqızı yeni işindən danışıb. O bildirib ki, uzun müddətdir bu klipi çəkdirmək arzusundadır:

"Bu layihə üzərində iki ildir ki, işləyirəm. Klipi ərsəyə gətirən Nazim Şərbətova, ideya müəllifi olan prodüserim Vəfa Nuriyevaya, həmçinin mənə dəstək olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinə təşəkkürümü bildirirəm. Millətimiz erməninin kim olduğunu yaxşı bilir. Klipdə xarici dildə altyazıdan istifadə etmişik. Bunun səbəbi Xocalı faciəsini bütün dünyaya çatdırmaq istəməyimizdir. İnanıram ki, bütün ölkələr bu videoçarxa baxacaq. Uşaqları bağçadan maarifləndirmək lazımdır. Balaca qızım belə klipi izlədikdən sonra mənə dedi ki, silahım olsa ermənini öldürərəm. Çünki onlar bizim körpələrimizi qətlə yetiriblər".

Foto: Ramin ASLANOV