Eynşteynin həyatı serial mövzusu oldu - video

Eynşteynin həyatı serial mövzusu oldu - video
1121 dəfə oxunub
  • A-
  • A
  • A+

Nobel mükafatlı fizik Albert Eynşteynin həyatı ekranlaşdırılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Genius" ("Dahi") adlanan yeni serial aprelin 23-də "National Geographic" kanalında efirə gedəcək.

İlk mövsümü 10 seriyadan ibarət olan sənədli serialın rejissoru "Oskar" mükafatçısı Ron Hovarddır. Ekran işinin ilk seriyası yazıçı Valter İsaksonun Eynşteyn haqda yazdığı “Einstein: His Life and Universe” ("Onun həyatı və kainat") kitabı əsasında çəkilib. 

Görkəmli fiziki "Oskar", "Qızıl Qlobus", "Emmi", "Toni" mükafatlarının sahibi aktyor Ceffri Raş, gəncliyini isə Conni Flayn canlandıracaq. Serialın hər seriyası Eynşteynin bir kəşfini necə etməsi barədə olacaq.