Adel gizlicə ərə getdi

Adel gizlicə ərə getdi
1284 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Adel ərə gedib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı dekabr ayında rəsmi nikaha daxil olsa da, bu barədə media indi xəbər tutub.

Belə ki, Qremmi mükafatlandırma mərasimində hər kəsin Adelin sevgilisi kimi tanıdığı Saymon Konekini həyat yoldaşı adlandırması və barmağında nişan üzüyünün olması bütün qonaqları təəccübləndirib.

Əldə olunan məlumata əsasən, toy Adelin evində keçirilib. Mərasimdə az adam iştirak edib. Qonaqlar arasında müğənninin anası, Saymonun eks sevgilisindən olan qızı, müğənni Robbi Vilyams iştirak ediblər.

Toyun mediadan gizli saxlanılmasına səbəb sənətçinin şəxsi həyatı ilə gündəmə gəlmək istəməməsidir.

Qeyd edək ki, Adel və Koneki 2011-ci ildən görüşürlər. 2012-ci ildə onların Ancelo adlı oğulları dünyaya gəlib. Müsahibələrindən birində cütlük toylarının bu ilin yayında edəcəklərini bildirib.