Hadisə bu dəfə kövrəltdi - foto

Hadisə bu dəfə kövrəltdi - foto
4591 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Hadisənin İnstaqram səhifəsində anası ilə bağlı yazdığı təbrik mesajı hər kəsi kövrəldib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı anasının gənclik vaxtı gərgin iş zamanı çəkilmiş bir fotosunu sosial media hesabında yerləşdirərək və yazıb:

“Yaxşı ki, doğulmusan, anam...Bu foto dayanmadan çalışdığın gənclik illərindən qalıb. Güman edirəm ki, Hülya, Dərya, Murad və mən zəhmət çəkməyi, işləməyi, öz ayaqlarımızın üstündə dayanmağı və heç kimə möhtac olmamağı səndən öyrənmişik. Yaxşı ki, bizi belə böyütdün. Çətinlik çəkdinmi? Bəli. Yoruldunmu? Bəli. Sən bizi böyütdün, sən bizi biz edən yeganə qadınsan. Artıq sən bizə deyil, biz sənə baxırıq. Sən yorulma, xoşbəxt və rahat ol, ən əsası həyatını yaşa deyə... Allah səni başımızdan əskik etməsin. Səni sevirəm, mələk anam".