"Elə bilirəm, hələ də yanımdadır" - Selin Dion

"Elə bilirəm, hələ də yanımdadır" - Selin Dion
1582 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Selin Dion “Еtonline” dərgisinə müsahibə verib.
 
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçı həyat yoldaşı Rene Anjelin ilə bağlı xatirələrini bölüşüb:

“İndi ailənin başçısı mənəm. Uşaqlarımın arxasında möhkəm dayanmışam. Onların lideriyəm. Özümü daha cəsarətli və güclü hesab edirəm. Nə zaman nə danışacağımı bilirəm”.

Selin vurğulayıb ki, ərinin ölümü daha çox böyük oğluna təsir edib:

“Böyük oğlumun 16 yaşı var. O, hər şeyi dərk edir. Amma onu ailəmizin başçısı qoya bilmərəm, çünki onun da həyata dair arzuları var. Balaca övladlarım isə Renenin ölümünü anlamadılar. Qabaqcadan onları bu hadisəyə hazırlamışdım. 3 ilə yaxın idi ki, xəstə atalarını nadir halda görürdülər”.

Selin Renenin yoxluğunun hər an hiss olunduğunu qeyd edib:

“Əvvəllər mən qərar qəbul etmirdim. O, yaxşı həyat yoldaşı və prodüser idi. Deyirdi ki, sabah turneyə getməliyik, hazırlaşırdım, gedirdik. İndi isə qərarları mən qəbul etməliyəm. Bunun üçün mənə zaman lazım olur. Amma bəzən elə bilirəm, o, hələ də yanımdadır”.

Qeyd edək ki, Rene Anjelin ötən il xərçəng xəstəliyindən dünyasını dəyişib.