"Rusiyanın "Eurovision 2017"də iştirakını istəmirəm" - Filip Kirkorov

"Rusiyanın "Eurovision 2017"də iştirakını istəmirəm" - Filip Kirkorov
1617 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Filipp Kirkorov Rusiyanı Ukraynada keçiriləcək "Eurovision 2017" beynəlxalq mahnı müsabiqəsində iştirak etməməyə çağırıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ifaçının belə fikir səsləndirilməsinə səbəb mahnı yarışmasının həddən artıq siyasiləşdirilməsidir:

"Bu yarışma ilə maraqlanmıram. Sizə də məsləhət görürəm ki, uzaq olasınız belə yarışlardan. Bu, bir siyasətdir. Mən ötən il “Eurovision”da qalib gələn müğənninin qələbəsini şübhə altına almaq istəmirəm. Amma Rusiya təmsilçisi tamaşaçı səsverməsinə görə qalib idi. Lakin Rusiyaya yüksək xal verən ölkələrin münsifləri baykot elan elədilər. Rusiyaya sıfır xal gəldi. Bunlar pulla həll olunası məsələlərdir. Yarış təşkil edənlər özlərinə gəlməyincə, Rusiyanın da orada iştirak etməsini istəmirəm".