Müğənni konsert öncəsi avtomobildə yuxuya getdi - fotolar

Müğənni konsert öncəsi avtomobildə yuxuya getdi - fotolar
9464 dəfə oxunub
  • A-
  • A
  • A+
"İncir" mahnısı iə məşhurlaşan gənc ifaçı İlyas Yalçıntaş İstanbuldə verəcəyi konsetdən əvvəl avtomobilində yuxuya gedib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni son 15 gündə 12 şəhər dolaşaraq, konsert verib. Yalçıntaşın axırıncı konsert yeri isə İstanbul Beylikdüzü olub.

Bundan əvvəlki gecə də konsertdə olan İlyas dayanacaqda saxladığı maşının içində yuxuya gedib. Böyük çətinliklə oyandırılan müğənni: "Deyəsən yuxusuzluqdan öləcəyəm" - deyib.

Bütün yorğunluğuna baxmayaraq, müğənni səhnəyə çıxaraq yüksək performans nümayiş etdirib. 
Xatırladaq ki, bir müddət öncə müğənni Türkiyənin 40 iri şəhərlərində konsert vermək istədiyini və daha sonra Almaniya və Hollandiyaya getməyi planlaşdırdığını bildirib.