Arda Turanın 12 minlik aksesuarı - fotolar

Arda Turanın 12 minlik aksesuarı - fotolar
2212 dəfə oxunub
  • A-
  • A
  • A+

"Barselona" futbol klubunun türk ulduzu Arda Turan dünən ailəsi ilə birgə İstanbuldakı restoranların birində görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlərə açıqlama verən futbolçunun ölkəsində aldığı torpaq sahəsinə 4 milyon dollar xərclədiyi üzə çıxıb.

Onun yeni aldığı ərazidə otel tikdirəcəyi ilə bağlı iddialar səslənsə də futbolçu oranı sərmayə məqsədi ilə aldığını və belə bir niyyətinin olmadığını bildirib.

Arda geyimindəki aksesuarı ilə də diqqət çəkib. Belə ki, "Dolce&Gabbana" imzalı tac və arı nişanının qiymətinin 12 min lirə (təxminən 6 min manat) olduğu məlum olub.