75 kiloqram arıqlayan Zorik tanınmaz halda - fotolar

75 kiloqram arıqlayan Zorik tanınmaz halda -  fotolar
42337 dəfə oxunub
  • A-
  • A
  • A+

Klipmeyker Zöhrab Ağayevin (Zorik) yeni görünüşü hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, 160 kiloqram çəkisi olan rejissor xeyli arıqlayıb.

Zorik bildirib ki, hazırda çəkisi 85 kiloqramdır:

“İndi şəkillərimi fəxrlə paylaşıram. Belə bir nailiyyəti nəinki Azərbaycanda, heç dünyada da əldə edən olmayıb. Amma mən arıqlamağı bacardım”.

Zorik pəhriz və idmanla 75 kiloqram çəki atdığını bildirib.