Murad Bozun eks-sevgilisi xəstəxanalıq oldu - fotolar

Murad Bozun eks-sevgilisi xəstəxanalıq oldu - fotolar
1901 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Murad Bozun keçmiş sevgilisi aktrisa Eliz Sakuçoğlu xəstəxanalıq olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, sevgilisi Beran Beren ilə tətil üçün getdiyi İsveçrədə xizəklə sürüşərkən ağır qəza keçirib.

Xəstəxanaya yerləşdirilən Eliz oradan fotosunu paylaşaraq daxili qanaxma keçirtdiyini, hazırda isə vəziyyətinin yaxşı olduğunu qeyd edib.

"Keçən həftə xəstəxanalıq oldum. Dağ xizəyi yıxılıb qalxaraq öyrənilir. Amma mənim yıxılandan sonra ayağa qalxmağa taqətim qalmamışdı, daxili qanaxma keçirdim. Çox şükür, bu gün daha yaxşıyam...".