Hollivud filmlərini də geridə qoydu

Hollivud filmlərini də geridə qoydu
5874 dəfə oxunub
  • A-
  • A
  • A+

"Recep İvedik 5" filmi Türkiyədə olduğu kimi, xarici ölkələrdə də maraqlı qarşılanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yumor ustası Şahan Gökbaharın baş rol ifa etdiyi film həftə sonu Türkiyədə 1 milyon 890 min 410 nəfər tərəfindən izlənib.

Bununla da "Rəcəb İvedik" filminin 5-ci hissəsi Türkiyədə ən çox izlənilən film olub.

Film eyni zamanda Avropada da həftə sonu izləmə rekordu qırıb. Belə ki, Hollandiyada "Rəcəb İvedik 5", hətta, bəzi Hollivud filmlərini də geri də qoyub.

Qeyd edək ki, filmin treyleri yayımlanar-yayımlanmaz "Recep İvedik"in azərbaycanlı idmançını bir zərbə ilə nokauta salması səhnəsi hər iki ölkədə etirazlara səbəb olmuşdu. Kəskin tənqidlərlə üzləşən Şahan Gökbahar videomüraciət yayaraq, filmdən azərbaycanlı idmançı ilə bağlı səhnənin çıxarıldığını qeyd etmişdi. O, Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini bildirmişdi.