Məryəmin bu fotosuna görə 2 minlik cərimə

Məryəmin bu fotosuna görə 2 minlik cərimə
8038 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Məryəm Üzərli qanun pozuntusu ilə gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Məryam İstanbuldan Berlinə uçarkən təyyarədə pilotlarla şəkil çəkdirib. Fotonu sosial media hesabında yerləşdirdikdən sonra yol verilən qayda pozuntusu ortaya çıxıb.

Belə ki, Hava Qüvvələrinin qanunvericiliyinə görə, pilot kabininə ekipaj üzvlərindən başqa heç kim daxil ola bilməz. Odur ki, həmin pilotlar 2 min 500 türk lirəsi (təxminən 1500 AZN) miqdarında cərimə olunublar.

Xatırladaq ki, analoji hadisə 2015-ci ildə də olmuşdu. O zaman futbolçu Arda Turan pilotlarla şəkil çəkdirərək, onu İnstaqram səhifəsində paylaşıb.