Xocalı faciəsinin qurbanları anıldı - fotolar

Xocalı faciəsinin qurbanları anıldı - fotolar
336 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş edilib.

Axşam.az-ın məlumatına görə, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edən S.Elsevərin “Arzu və Murad” tamaşasını Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əskərov, rayon ictimaiyyətinin nümayəndələri, Xocalıdan didərgin düşmüş soydaşlarımız və rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi izləyib.

Tamaşadan öncə teatrın foyesində Nəsimi rayon məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi də nümayiş olunub.

Səhnə əsəri salona toplaşanların göz yaşları və sürəkli alqışları ilə qarşılanıb.

Sözügedən tamaşa fevralın 24-də Pirallahı rayon ictimaiyyətinə, fevralın 26-da isə ADGTT-nın binasında geniş tamaşaçı auditoriyası üçün də nümayiş olunacaq.