Ötən gün tanınmış modelyer Fikrət Əliyevin yeni kolleksiyasının təqdimatı keçirilib.
Axşam.az-ın məlumatına görə, tanınmış simaların iştirakı ilə keçirilən tədbirdə modelyerin bir-birindən maraqlı geyimləri nümayiş etdirilib.
F.Əliyev çıxışında insanların dəbi izləyib, zövqlə geyinməli olduğunu diqqətə çatdırıb:
“Hər kəs əlində olan nemətin dəyərini bilməyə, zövqsüz və bərbad geyimlərdən uzaq durmağa çalışmalıdır”.
Qeyd edək ki, “Fikrət Collection”dan yeni geyimləri nümayiş etdirən modellər “Delore” agentliyinin üzvləridir.