"Xanımıma dedim ki, işləmə, otur evdə" - İslam

"Xanımıma dedim ki, işləmə, otur evdə" -  İslam
16580 dəfə oxunub
  • A-
  • A
  • A+

“Həyat yoldaşımla tanış olanda oxumurdu. Onu incəsənət sahəsinə yönəltdim, universitetə girdi. Aktrisalığı oxudu”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aktyor İslam Mehrəliyev “Zarafat-zarafat” verilişində deyib.

Aktyor bildirib ki, xanımı Nəzrini işləməyə qoymur:

“Onu universitetə də özüm aparıb-gətirirdim. Amma indi çalışmağa qoymuram. Dedim, otur evdə. Ailədi bir aktyor var, bəsimizdir. Oğlum 6 aylıqdır. O gün oturub “Xaç atası”na baxır. Film qurtaran kimi başladı ağlamağa”.