Rus gözəlin Dubaydakı fotoları başına bəla oldu

Rus gözəlin Dubaydakı fotoları başına bəla oldu
34425 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl rus model Viktoriya Odintsova Dubaydakı 73 mərtəbəli bir göydələndən fotosessiya etdirmişdi.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmin göydələnin sahibi modeli məhkəməyə verəcək. Belə ki, İnstaqramda paylaşılan fotolardan sonra "Catan Tower"in sahibi Gizel Daher çəkiliş üçün icazə alınmadığını bildirib.

Odintsova isə bunun üçün binanın sahibinin ona təşəkkür etməli olduğunu bildirib:

"Biz binanın təhlükəsizliyindəki problemi üzə çıxarmışıq. Burada bizim pis niyyətimiz yox idi, anca bir başqası bundan istifadə edib intihar edə bilər, yaxud da terror törədə bilərdi".