"Ərim gecə saat 3-də gəlir" - Emma

"Ərim gecə saat 3-də gəlir" -  Emma
10141 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Elmira Ələkbərzadə (Emma) maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, ifaçı ailəsindən söz açıb:

"Mənim üçün ilk yerdə ailəmdir: Daviddir, Sevdadır, həyat yoldaşımı saymıram. Çünki səhər 8-də gedir, gecə 1-2-də gəlir. Sırağagün gecə 3-də gəlib, heç xəbərim olmur nə vaxt gəlir. İşi çoxdur, mətbəxt işi çətindir. Səhərlər mənə yemək işində kömək edir".

E.Ələkbərzadə Amerika səfərlərindən danışıb:

"Mənim üçün ABŞ nağıl deyil. Ora getməyənlər elə bilir ki, Amerika nağıldır, amma elə deyil. Bizdə də həmin nağıl kimi yerlərdən var. Bundan da çox inkişaf edəcəyik".