"76 yaşımda da oxuyacam, hamını yandırıb-yaxacam" - Röya

"76 yaşımda da oxuyacam, hamını yandırıb-yaxacam" - Röya
1354 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan şou-biznesin tanınmış simaları haqqında qalmaqallı açıqlama verib.
 
Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə müsahibəsində onunla rəqabət aparan əməkdar artistlərin ünvanına sərt sözlər deyib: “Bu gün yaşı məndən böyük olanlar da mənimlə rəqabət aparırlar. Onlar arasında əməkdar artistlər də var. Həmyaşıdlarım arasında rəqib tanımıram. Ortada ancaq bizik. Yaşlı nəslin nümayəndəsi başqası ilə rəqabətə girməlidir. Sənətdə sözünü demiş biri belə mənimlə rəqabət aparır. Sonuncu dəfə bir müğənni çıxıb danışdı. Ondan sonra dedim ki, bitdi, mən rahat ölə bilərəm.

Mənə İnstaqramda yazırlar: “Sən anasan, bu nə geyimdir?”. Heç kimə ixtiyar vermirəm, bunu yazsın. Sənə nə var? İncəsənətin yaşı yoxdur. Açıq geyim mənim üçün tikilib. Əməkdar artistlər var, məni görəndə salam verməmək üçün qaçırlar. Çox mənə lazımsınız. Ajda Pekkan Bakıya gələndə kimin hünəri çatdı, desin ki, 76 yaşın var, bodidə gəzirsən. Əməkdar artistlər var, gedib ağzına girmişdilər, başını qoyub sinəsində yatacaqdılar az qala. Mən necə geyinirəm, necə danışıram, özüm bilərəm. Mənə söz deyənləri eşitmirəm. Onlara qulaq asan elə bir-iki sevənləridir. Bu incəsənətdə ucalmaq istəyən, ucalan hamı yanımdadır, görürəm.

Düşünməsinlər ki, mən kiminsə yerinə gəlmişəm, kimsə də yerimə oturacaq. Heç kim deyə bilməz, sən get, mən gəlmişəm. 76 yaşım olacaq, yenə də oxuyacam. Bodidə hamını yandırıb-yaxacam. Röya olaraq öz yerimdəyəm. Məni ona görə sevmirlər ki, onların neçə ildir etdiklərini mən az müddətə etdim. Onlar qadağada olanda mən gündəmdə idim. İndi çalışan iki müğənni var. Onlar da mənə acıq olsun deyə işləyirlər. Məndən bərk yapışsınlar ki, sənətdə rəqabət olsun”.