Romada baş rollarını Halit Erenç, Mehmet Günsür və Tuba Büyüküstünün ifa etdiyi "İstanbul Kırmızısı" filminin təqdimatı olub.
Axşam.az-ın məlumatına görə, filmin qəhrəmanları bununla bağlı açıqlama veriblər. Rejissor Ferzan Özpetek 11-ci filmi olan "İstanbul kırmızısı" haqda belə deyib:
"Bu, mənim ilk türk filmimdir. Bir-iki rejissor və operatorlar xaricində bütün heyət türklərdən ibarətdir. Aktyor və aktrisalar mükəmməldir. Öncə "Orhan" rolunu ingilis aktyor Kolin Förtə təklif etdik, amma o, qəbul etmədi. Tuba və Halitin nə qədər məşhur olduqlarını yeni-yeni anlayıram. Rejissor köməkçim olan Halitə Argentinada Bred Pit deyirlər. Onun adına orada mağazalar var. Yaxşı ki, filmimdə yer alıblar. Onlarla çalışdığım üçün çox xoşbəxtəm".
Tuba Büyüküstün film barədə bunları söyləyib:
"Həyatımda ilk dəfə real birini canlandırmışam. "Neval" obrazı ilə həyatda tanış ola bilmədim. Ferzan da buna icazə vermədi. Onu ssenaridən oxuduğum qədər tanıdım. Birbaşa onu canlandırmaq yerinə qarışıq bir xarakter canlandırmışam".
Filmdə "Orhan" xarakterini canlandıran Halit Ergenç isə hisslərini belə ifadə edib:
"Çəkiliş zamanı Ferzanın görmək istədiyi İstanbulu gördüm. Bu, mənim üçün yenilik oldu. İstanbulu ilk dəfə idi ki, belə görürdüm. Bu, aşiq olduğunuz qadını səhər oyanarkən yataqda izləmək kimi bir şey idi".
Filmdə Tuba və Halitdən başqa Nejat İşler, Mehmet Günsür, Çiğdem Onat, Serra Yılmaz və Zerrin Tekindor çəkilib.
Filmin Romadakı qalası üçün bilet satışlarından əldə olunan gəlir xərçəng xəstələrinin müalicə aldığı San Adriano Xəstəxanasının fonduna köçürülüb.
"İstanbul kırmızısı"nın Türkiyə premyerası isə martın 1-də keçiriləcək.
Qeyd edək ki, filmlə bağlı klip də çəkilib. Müğənni Qaye Su Akyolun "Kırmızı Rüyalar" mahnısına çəkilən klipində filmdən səhnələr yer alıb.
Film üçün hazırlanan xüsusi klip: