"Mən düz yoldayam" - Mənsum İbrahimov

"Mən düz yoldayam" -  Mənsum İbrahimov
2187 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hər bir insanın içində ikinci mən də var. Özüm tərəzi bürcüyəm. İnsan özünə hesabat verə bilirsə, o insan az səhv edir. Hər kəsin səhvi var. Həyatda səhvsiz insan yoxdur. O səhvin kiməsə zərər verirsə, yaxşı şey deyil. Faciə o zaman olur ki, insanın özündə özünəvurğunluq başlayır. Onda o insan bitir".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Mənsum İbrahimov "ARB TV"nin "Ömrün fəsilləri" verilişində olarkən deyib.

M.İbrahimov indiki zəmanəyə uyğunlaşa bilmədiyini söyləyib:

"Mənim üçün əsas insan olmaqdır. Zamanın, dövrün heç bir önəmi yoxdur. Amma heç vaxt zəmanə adamı olmamışam, olmaram da. 30 il qabaq necə idimsə, indi də eyniyəm. Zamana uyğunlaşmıram. Həyatımı bu cür sürürəm. Getdikcə əmin oluram ki, düz yoldayam. Çünki mən onun xeyrini görürəm".