Aktrisa keçmiş ərinə geri dönür - foto

Aktrisa keçmiş ərinə geri dönür - foto
2567 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Meq Rayan keçmiş həyat yoldaşı Dennis Kueydlə barışmaq istəyir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 55 yaşlı aktrisa 10 il ailəli olduğu Dennisi heç vaxt unutmadığını və onunla özünü daha xoşbəxt hiss etdiyini bildirib.

Cütlüyün Cek adlı oğlu da bir neçə dəfə valideynlərini bir araya gətirməyə çalışıb. Görünür, o, nəhayət arzusuna çatıb.

Qeyd edək ki, Meqin çəkiliş meydançalarından birində tanış olduğu Dennis Kueydlə toyu 1991-ci ilin Sevgililər günündə keçirilib. Bir il sonra oğlu dünyaya gələn Meq 2000-ci ildə aktyor Rassel Krouya aşiq olub və Dennisdən ayrılıb.