Xanımının bədxərcliyi aktyoru özündən çıxardı

Xanımının bədxərcliyi aktyoru özündən çıxardı
3533 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud aktyoru Robert De Nironu restoranlardan birində həyat yoldaşı ilə mübahisə edən yerdə görüblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor xanımını bədxərc olduğu üçün qınayıb. O, həyat yoldaşına bildirib ki, qoca yaşında işləmək istəməsə də, amma buna məcburdur:

“Düşünürdüm, təqaüdə çıxacam və dincələcəm. Amma indi yeni filmlərə çəkilməyə məcburam. Qazandıqlarımı oda atmısan”.

Qeyd edək ki, aktyorun xanımı arıqlamaq üçün istifadə olunan “Grace Hightower & Coffees of Rwanda” adlı kofelərin online səhifəsinə külli miqdarda pul qoyaraq, ondan gəlir əldə etmək istəyib. Lakin 5 ildə onun qazancı olmayıb.