63 yaşlı milyarderin 24 yaşlı sevgilisi: “Keçmişimi unutmadım”

63 yaşlı milyarderin 24 yaşlı sevgilisi: “Keçmişimi unutmadım”
8820 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur türkiyəli iş adamı 63 yaşlı Əli Ağaoğlu və 24 yaşlı sevgilisi Duyğu Su Gülpınar aralarında 39 yaş fərq olduğu üçün daim müzakirə obyekti olurlar.

Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, söz-söhbətlərə son qoymaq üçün Duyğu İnstaqramında sərt mesaj yazıb:

“Sizə balaca bir qızın hekayəsini danışmaq istərdim, amma başa düşən deyilsiniz. Hər şeyi istədiyiniz kimi görürsünüz. Sadəcə bunları deyəcəm. Mənim canım yanında, yıxılanda, yeməyə heç nə tapmayanda, saatlarla çəkilişlərdə olanda yox idiniz. İndi nə dəyişdi ki?! İndi də yoxsunuz. Olmayan bir şeyi görə bilmərəm. Mən nə keçmişimi, nə də kimliyimi unutdum. Hörmətlə...”.

Qeyd edək ki, bir müddət əvvəl Ə. Ağaoğludan da özündən 39 yaş kiçik xanımla sevgi yaşaması barədə soruşanda belə cavab vermişdi: “Nüfuz yaşım 22, könül yaşım 18, ağıl yaşım isə 8-dir”.