Pelenin oğlu həbs edildi

Pelenin oğlu həbs edildi
3657 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliyanın keçmiş futbolçusu Pelenin oğlu, "Edinho" ləqəbli Edon Cholbi do Nascimento həbs edilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, San-Paulo məhkəməsi Edinhonun narkotik maddə qaçaqçılığı və çirkli pulların transferi ilə məşğul olması səbəbindən həbs qərarı verib. Lakin 33 illik həbs cəzası daha sonra 12 ilə endirilib.

Əfsanəvi futbolçu Pele bu haqda hər hansı bir şərh verməkdən imtina edib.

Qeyd edək ki, Edinho futbolçu karyerasının bitirdikdən sonra atasının keçmiş klubu "Santos"da qapıçı məşqçiliyi və köməkçi məşqçi kimi çalışıb. O, 2005-ci ildə ilk dəfə həbs ediləndə narkotik maddə bağımlısı olduğunu etiraf etmiş, ancaq satışı ilə məşğul olmadığını bildirmişdi.