Samirə ilə Əli barışdı

Samirə ilə Əli barışdı
4930 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddətdir küsülü olan aşıqlar Samirə Əliyeva və Əli Tapdıqoğlu barışıb.

Axşam.az-ın məlumatına görə, bu haqda Samirə “Xəzər maqazin” verilişində deyib.

O, hətta duet oxuyacaqlarını da söyləyib:

“Aşıq qadınlar içərisində öndəgedən mən, kişilər arasında isə Əlidir. İki köçun başı bu dəfə bir qazanda qaynayacaq. Birlikdə duet hazırlayırıq. Əvvəl Əli təzə idi, söz-söhbətə uymuşdu. Bu küsülülük heç çox da çəkmədi. Mənim küsülü qalmaqla aram yoxdur. Rastlaşanda “salam” verdim, o da bunu gözləmirmiş. Əli dedi ki, üzürlü say, nələrsə danışmışam”.