"İlhamə Quliyevanın bir övladı doğulub və ölüb" - Orxan Nadirov

"İlhamə Quliyevanın bir övladı doğulub və ölüb" -  Orxan Nadirov
23027 dəfə oxunub
  • A-
  • A
  • A+
“Diqqəti, qayğını çox sevirdi. Həyatda da müəyyən məqamlarda hökmranlıq idi. O insan həmişə diqqət mərkəzində olmağı xoşlayırdı. Ona görə də evdə hökmran olurdu. Hər bir ailədə söz-söhbət olur. Bizdə də olurdu və yoluna qoyurduq".

Axşam.az-ın məlumatına görə, bu sözləri mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirov deyib.

"Klip+" verilişinin qonağı olan O.Nadirov İ.Quliyevanın onun xanımı ilə münasibətindən danışıb. "Anan evdə sənə də "baltalayaram" deyirdi" sualına belə cavab verib:

“Baltalayaram yox, ona oxşar bir şey deyirdi. Mənim ailə qurmağımı o istəyirdi. 18 yaşımdan 27 yaşıma qədər hər gün deyirdi evlən. Bir müddətdən sonra dedim evlənmək istəyirəm, razılaşdı. Seçimimi əvvəlcə qəbul etmədi. Öyrəşmişdi ki, özü deyən olmalıdır. İstəyirdi hər şey öz bildiyi kimi olsun. Bu dəfə əksi oldu. İlhamə xanımın gəlini ilə münasibəti çox gözəl idi. Arada anlaşılmazlıq olsaydı, məclislərdə, efirlərdə bir yerdə olmazdıq. Gəlininə qızıl hədiyyə də vermişdi. Nəvəsinin adını da özü qoymuşdu. Zəng etdi ki, oğlun olsa adını Ruslan qoy. Dedim, baş üstə. Oğlum dünyaya gələndə məndən əvvəl onu anam gördü".
 
O.Nadirov mirasın ona qalmamasından söz açıb:

"Dünya malıdır, heç kim özü ilə o dünyaya nəsə aparmayacaq. Anamın məzarını tez-tez ziyarət edirəm. Bunu orada işləyən hamı görür".

Orxan İ.Quliyevanın bir övladının olub, daha sonra dünyasını dəyişməsi xəbərinə də münasibət bildirib. O, mərhum ifaçının onu övladlığa götürməsindən bəhs edib:
 
"Əslində həqiqətən də belə bir şey olub. Bu hadisə mən dünyaya gəlməmişdən əvvəl baş verib. Ağlım kəsəndən, 13-14 yaşımdan sonra bildim ki, İlhamə Quliyevanın doğma övladı deyiləm. Amma əsas insanı böyüdüb, boya-başa çatdırandır. Mən də gözümü açıb, Tükəzban xanım, İlhamə Quliyeva və Həbib müəllimi görmüşəm".