Sabah "Xətai" metrostansiyası işləməyəcək

Sabah "Xətai" metrostansiyası işləməyəcək
2987 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Bakı Metropoliteninin "Şah İsmayıl Xətai" stansiyası günün birinci yarısında sərnişinlərə xidmət göstərməyəcək.

Axşam.az-ın məlumatına görə, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, stansiya saat 12:00-a kimi işləməyəcək. Həmin vaxt "Cəfər Cabbarlı" stansiyasından "Şah İsmayıl Xətai" stansiyasına qatarlar hərəkət etməyəcək.

N.Paşayev bildirib ki, saat 12:00-dan etibarən "Şah İsmayıl Xətai" stansiyasına giriş açıq olsa da, "Cəfər Cabbarlı" stansiyasından bu istiqamətə gediş olmayacaq. Saat 15:00-dan sonra hər iki stansiya normal qrafik üzrə işləyəcək.