Engin Akyüreyə doğum günü sürprizi - fotolar

Engin Akyüreyə doğum günü sürprizi - fotolar
8492 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ölene Kadar" serialında əsas obrazı canlandıran Engin Akyüreyə ad günü sürprizi edilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünyanın müxtəlif bölgələrindən fanat kütləsi olan aktyorun fanatları onunla görüşüblər.

Fanatlar arasında İran, Yunanıstan, Almaniya, ABŞ, Meksika, Paraqvay, Çili və Uruqvaydan gələnlər olub. Engin onlarla foto çəkdirib və hədiyyələrini qəbul edib.

Heyranları sənətçinin də dəstək verdiyi "Bir diləyim var" sosial layihəsinə maddi yatırım ediblər.