Bacısı İlhamə haqqında kitab yazır

Bacısı İlhamə haqqında kitab yazır
11737 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, bacıları xalq artisti İlhamə Quliyevanın ölüm ildönümü münasibətiylə yas mərasimi verib.

Axşam.az-ın məlumatına görə, mərhumun bacısı Gülbahar Quliyeva onunla bağlı xatirələrini bölüşüb.

G.Quliyeva bildirib ki, bacısı haqda kitab yazır:

“Bu hal tək bizim yox, sevənləri üçün çox ağır haldır. Bacım əvəzolunmaz sənətkar, insan idi. O, millətini, xalqını sevirdi. Hamımıza arxa-dayaq olurdu. Həm ailəsinə, həm də dostlarına dəstək idi. Heç vaxt xoşbəxt olmadı. Nə qədər ömrüm var bacım üçün nələrsə etməyə çalışacam. Onunla bağlı kitab yazıram, materiallar toplayıram. Avqustun 17-də onun ad günündə təqdimat edəcəyik. Çox işlər görəcəm. Əvəzolunmaz bacı və insan idi. O gedəndən efir boşalıb. Əfsuslar olsun ki, o dünyasını dəyişdi".