Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb

Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb
5899 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin ilk Günəş tutulması hadisəsi başlayıb.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, proses saat 16:12-də başlayıb, saat 18:54-də maksimumda olacaq, saat 21:35-də bitəcək. O qeyd edib ki, həlqəvari Günəş tutulması Amerika, Cənubi Afrikanın qərbində müşahidə olunacaq. X. Mikayılov vurğulayıb ki, bu hadisəni Azərbaycandan izləmək mümkün olmayacaq.
 
Qeyd edək ki, bu il 2 Ay və 2 Günəş tutulması hadisəsinin baş verəcəyi açıqlanıb.
 
İlk ay tutulması fevralın 11-də qeydə alınıb. Növbəti Ay tutulması avqustun 7-də, ikinci Günəş tutulması isə avqustun 21-də olacaq. Bu hadisələrin insanlar üçün heç bir təhlükəsinin olmadığı, adi astronomik hadisə olduğu bildirilir.