Xocalı soyqırımı abidəsinin açılışı olub - fotolar

Xocalı soyqırımı abidəsinin açılışı olub - fotolar
871 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəncədə Xocalı sakinləri üçün salınan qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidənin açılışı olub.

Axşam.az-ın məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar, Xocalı və işğal olunmuş digər rayonlardan olan və Gəncədə məskunlaşan qaçqın və məcburi köçkün ailələri iştirak ediblər.

Mərasimdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, hündürlüyü 6,12 metr olan abidə kompleksi 3 bölmədən ibarətdir. Abidənin mərkəzində, postament üzərindəki relyefdə Xocalı faciəsini əks etdirən kompozisiya yaradılıb. Postament üzərindəki hüznlü qadın heykəli Xocalı faciəsində gözü yaşlı, əlacsız qalan ananı tərənnüm edir. Kompleksin sağ və sol yanlarındakı mərmər lövhələrdə Xocalı soyqırımının başvermə tarixi və faciə qurbanları haqqında məlumat qeyd edilib. Xocalı soyqırımı abidəsinin ətrafı abadlaşdırılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Xocalı abidəsinin açılışını edib, önünə gül dəstələri qoyub.

Rəsmi nümayəndələrin çıxışlarından sonra Rəna Teymurqızının “Dərd yükü” adlı poemasının motivləri əsasında səhnələşdirilən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.