”Xocalıya ədalət” əcnəbilərin dili ilə - video

”Xocalıya  ədalət” əcnəbilərin dili ilə - video
745 dəfə oxunub
  • A-
  • A
  • A+
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası dəstək olaraq Bakı Dövlət Universitetinin bir qrup magistr ve bakalavrları xarici tələbələrin iştirakı ilə “ Xocalıya ədalət” adı altında video çarx hazırlanıb.

Axşam.az-ın məlumatına görə, layihənin ideya müəllifi BDU- nun Televiziya və Radio Jurnalistikası kafedrasının magistri  Toğrul Quluzadə, montaj BDU-nun Televiziya və Radio Jurnalistikası kafedrasının  magistrı Malik Talıblı, operatorlar jurnalistika fakültəsinin dördüncü kurs bakalavrları Cavid Abbasov, Azər Ağayev, Yusif Cəlildir.

Layihənin iştirakçıları yəni Azərbaycanda təhsil alan xarici tələbələr onlara təqdim olunan materialı hər biri öz ana dilində səsləndirib.  İştirakçıların sayı doqquz nəfər – Türkiyə, Rusiya, Nigeriya, İran,Çin, Azərbaycan, Ukrayna, Türkmənistan, Pakistandır.

Layihənin əsas məqsədi doqquz dildə Xocalı həqiqətləri, ”Xocalıya  ədalət” dünyaya çatdırılmasıdır.