ABŞ-a buraxılmayan müsəlman rejissor "Oskar" aldı - ikinci dəfə

ABŞ-a buraxılmayan müsəlman rejissor "Oskar" aldı - ikinci dəfə
3186 dəfə oxunub
  • A-
  • A
  • A+
"Oskar" mükafatlandırma mərasimində "Ən yaxşı xarici film" üzrə qalib iranlı rejissor Əsgər Fərhadinin "The Salesman" filmi olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-a buraxılmayan müsəlman rejissor gecədə iştirak edə bilməyib. Prezident Donald Trampın müsəlman ölkələrinə qoyduğu məhdudiyyətlərə görə ölkəyə daxil ola bilməyib.

İkinci dəfə "Oskar"a layiq görülən rejissor videomesaj göndərib. Vdeomesaj müsabiqənin gedişatı zamanı Londonda Trafalqar meydanında nümayiş olunub.

"Bu, mənim üçün böyük şərəfdir. Orada sizlərlə yanaşı ola bilmədiyim üçün çox üzgünəm. Mənim orada iştirakım ABŞ-a girişinə qadağa qoyulan digər 6 ölkəyə də hörmətsizlik olardı. Bizimlə düşmən kimi davranmaq dünyada qorxu yaradır, bizim düşmənlərimizə fürsət verir. Bu ölkələrdə baş verən müharibələr demokratiyanı və insanlığı məhv edir. Film istehsalçıları kameralarını ortaq insan haqlarını qorumaq və streotipləri qırmaq üçün istifadə edə bilərlər".