Murad Boz sevgilisindən ayrıldı? - iddia

Murad Boz sevgilisindən ayrıldı? - iddia
11356 dəfə oxunub
  • A-
  • A
  • A+

Pop ulduzu Murad Bozun sevgilisi aktrisa Aslı Enverdən ayrıldığı deyilir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlüyün aralarındakı mübahisələr səbəbindən Sevgililər günündən bir müddət öncə ayrıldığı iddia edilib.

M.Boz ayrıldıqdan sonra "Survivor"un çəkildiyi Dominik adasına, oradan da Acun İlıcalı ilə birgə Mayamiyə gedib.

Münasibətlərin bitməsinin Aslıya pis təsir etdiyi və bunun "İstanbullu gəlin" serialının çəkilişlərində də özünü büruzə verdiyi bildirilib.

Hələ ki hər iki tərəf bu barədə açıqlama verməyib.