Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib
31281 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Naibə Allahverdiyevanın səhhəti pisləşib.

Aktrisa Axşam.az-a açıqlamasında bildirib ki, hazırda xəstəxanadadır.

Həkim nəzarətində olan N.Allahverdiyeva analizlərinin cavabını bu gün alacağını deyib:

“Səhhətimdəki problemin nə olduğunu bilmirəm. Həkimlər hələ məni xəstəxanada saxlayırlar. Bura gətiriləndə də özümdə olmamışam. Təzyiqim çox yüksəkdir. İki gündür halım pisləşib. Nə qədər dərman içirəm təzyiq düşmür. Biri deyir əsəbdən, biri deyir yediklərindən bu hala qalmısan. Bir müddət əvvəl də belə olmuşdum. Əsəbdən kriz keçirirdim. Məni onda da pis vəziyyətdə xəstəxanaya çatdırmışdılar. Analizlərimin cavabı bu gün bəlli olacaq. Həkimlər xəstəliyimin nə olduğunu bu gün biləcəklər”.