Mətanət İsgəndərli nəvəsini göz yaşı içərisində izlədi - fotolar

Mətanət İsgəndərli nəvəsini göz yaşı içərisində izlədi -  fotolar
7561 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Günay” teatr studiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tamaşa nümayiş etdiriblər.

Axşam.az-ın məlumatına görə, tamaşada əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi Tuncay İsgəndərli də iştirak edib. Xocalı faciəsini səhnələşdirilmiş şəkildə izləyən M. İsgəndərli göz yaşını saxlaya bilməyib.

“Xocalı soyqırımı Azərbaycanın ən ağrılı faciələrindəndir. Tamaşanı başdan sona qədər göz yaşı içində izlədim. Uşaqlarımıza afərin, hər biri rolunun öhdəsindən məharətlə gəldi” deyə, M.İsgəndərli söyləyib.

Qeyd edək ki, tamaşa Zərəngiz Mansurovanın “Cavab ver” poeması əsasında Larisa Tarusovanın quruluşunda hazırlanıb. Xoreoqraf Günəş Talıbovadır.