Dərmanlarına ayda 40 min xərcləyir

Dərmanlarına ayda 40 min xərcləyir
10108 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dağınıq skleroz" xəstəliyindən əziyyət çəkən müğənni Sərdar Ortaçın yenidən müalicəyə başladığı bildirilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, pop ulduzunun qəbul etdiyi dərmanlara ayda 40 min lirə (təxminən 20 min manat) xərclədiyi üzə çıxıb.

2014-cü ildə bu xəstəlik səbəbindən yatağa düşən müğənni son günlərdə verdiyi açıqlamada tamamilə sağaldığını desə də, 47 yaşlı sənətçinin buna görə xaricdən xüsusi dərmanlar aldığı öyrənilib.

Müalicəsinə iynə ilə davam edən ifaçının bunu dayandırarsa, yeriməkdə çətinlik çəkə biləcəyi də qeyd edilib.