"Kurtlar Vadisi"nin "Elif"i 7 serial və 4 filmdən imtina etdi - uşaqlarına görə

"Kurtlar Vadisi"nin "Elif"i 7 serial və 4 filmdən imtina etdi - uşaqlarına görə
12064 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Özgü Namal hələ ki ekranlara dönmək fikrində deyil.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2014-cü ildən etibarən Sərdar Oralla eşq yaşayan Özgü bu illər ərzində iki dəfə ana olub.

3 ildir heç bir film və serialda rol almayan 38 yaşlı aktrisa bu müddətdə 7 serial və 4 film təklifini rədd edib. O, vaxtını uşaqlarına ayırmaq istədiyini bildirib.

"Kurtlar Vadisi"ndəki "Elif" obrazı ilə məşhurlaşan aktrisa daha sonra "Hanımın çiftliği", "Merhamet" kimi seriallarda çəkilib. O, iştirak etdiyi son serialdan hər seriya üçün 45 min lirə alırdı. O, filmlərdəki roluna görə isə təxminən 500 min lirə qazanırdı.