Hər kəs aktrisanın bu hərəkətini lağa qoydu - foto+video

Hər kəs aktrisanın bu hərəkətini lağa qoydu - foto+video
5816 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oskar" mükafatlandırma mərasimində maraqlı məqamlardan biri də aktrisa Nikol Kidmanın əl çaldığı səhnə olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Lion" filmindəki rolu ilə mükafata namizədlər siyahısında olan aktrisa qalibləri alqışayarkən diqqət çəkib.

Onun barmaqlarını bir-birinə toxundurmadan əl çalması sosial mediada lağ obyektinə çevrilib. Hər kəs "Kimsə Nikola əl çalmağı öyrətsin" yazıb.

Qeyd edək ki, Nikol mərasiminə tez-tez ayrıldıqları deyilən həyat yoldaşı Kit Urbanla qatılıb.