"O, pul üçün hər şeyi edəcək ucuz qadındır"

"O, pul üçün hər şeyi edəcək ucuz qadındır"
5309 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur modelyer Karl Laqerfeld aktrisa Meril Stripi "pul üçün hər şeyi edəcək ucuz qadın" adlandırıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 83 yaşlı Karl 65 yaşlı aktrisanın onu aldatdığını və başqa bir modelyerlə razılaşdığını iddia edib.

"Meril "Oskar" mərasimi üçün mənə paltar sifarişi vermişdi. Mən də dediyi libası hazırladım. Daha sonra həmin paltarı geyinmək üçün məndən pul istədi. Mən də onun bu təklifini rədd etdiyim üçün başqa bir modelyerlə razılaşdı. O, pul üçün hər şeyi edəcək ucuz qadındır".

Aktrisa isə onun bu sözlərinə belə cavab verib:

"Deyilənlər tamamilə yalandan ibarətdir. Məni pisləmək üçün ortaya atılmış axmaqcasına bir iddiadır".

Qeyd edək ki, Meril 20 dəfə "Oskar"a namizəd göstərilərək rekorda imza atıb.