Gecənin ulduzları: dekolteli, transparan libaslı, hamilə məşhurlar - fotolar

Gecənin ulduzları: dekolteli, transparan libaslı, hamilə məşhurlar - fotolar
6884 dəfə oxunub
  • A-
  • A
  • A+
"Vanity Fair" jurnalı "Oskar" mükafatlarının şərəfinə böyük parti təşkil edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mərasimdə geyimi ilə diqqətçəkən məşhurlar Cennifr Eniston, Emili Ratajkouski, Keyt Hadson və Keyt Apton olub.

Cennifer tədbirə həyat yoldaşı Castin Teru ilə qatılıb. Diqqət çəkən digər cütlük isə Castin Timberleyk və Cesikka Billdir.

Müğənni Keti Holms da yeni imici ilə kameralar qarşısında poz verib. O, da gecəyə sevgilisi, aktyor Orlando Blumla gəlib.

Cazibədar görünüşü ilə yanaşı hamilə olması ilə gündəmdə olan model Rozi Hantinqton Uaytli partidə aktyor sevgilisi Ceyson Stethmelə iştirak edib.

Digər model Miranda Kerr isə medianın qarşısına tək çıxıb. Eləcə də Karli Kloss qırmızı libası ilə göz oxşayıb.

Partidə Sofia Verqara, Siara, Kerri Vaşinqton, Demi Lovato, Olivia Mann, Dakota Conson, Freyda Pinto, Nina Aqdal və digər ulduzlar da olub.